SQL Proqramlaşdırma Dili
Müasir dövrdə məlumat və ya data istənilən proqram təminatının və ya bizneslər tərəfinfən istifadə edilən hər hansı bir vasitənin təməlində dayanır. Bu məlumatların saxlanılması üçün isə verilənlər bazası (database) server və ya sistemlərindən istifadə edilir. SQL (Structure Query Language) proqramlaşdırma dili isə bu məlumatların verilənlər bazasından çəkilməsi, onlar üzərində müxtəlif əməliyyatların aparılması, transformasiyası, təmizlənməsi və s. əməliyyatları üçün istifadə edilən vasitələrdən biridir. Bir sözlə, SQL verilənlər bazaları ilə əlaqə yaradaraq məlumatların idarə edilməsi üçün istifadə edilən proqramlaşdırma dilidir. Lakin vebsayt və ya proqram təminatının qurulması üçün istifadə edilən digər proqramlaşdırma dillərindən fərqli olaraq SQL sadəcə verilənlər bazalarında məlumatların toplanması, saxlanılması və onlar üzərində əməliyyatların aparılması üçün istifadə edilir. SQL proqralaşdırma dilinin əsas tərkib hissəsi “statement” və ya komandalardır.
SQL proqramlaşdırma dili 5 əsas alt dilə ayrılır:
- DDL (Data Definition Laguage) verilənlər bazasında data strukturlarının (table, schema və s.) təyin edilməsi üçün istifadə edilir. Bu komandalar verilənlər bazasında cədvəllərin yaradılması, dəyişdirilməsi və ya silinməsi üçün istifadə edilir.
- DQL (Data Query Language) verilənlər bazasından müxtəlif kriteriyalara cavab verən sorğuların yaradılaraq məlumatın çəkilməsi üçün istifadə edilir.
- DML (Data Manipulation Language) verilənlər bazası və ya cədvəllərdə saxlanılan məlumatların dəyişdirilməsi, əlavə edilməsi və ya silinməsi üçün istifadə edilir.
- DCL (Data Control Language) verilənlər bazasında saxlanılan məlumatların istifadəsi üçün icazələrin idarə edilməsi üçün istifadə edilir.
- TCL (Transaction Control Language) verilənlər bazası üzərində aparılan əməliyyatların və DML dili vasitəsi ilə məlumatlar üzərində aparılan dəyişikliklərin idarə edilməsi üçün istifadə edilir.
Hər bir proqramlaşdırma alt dili üzrə istifadə edilən bəzi komandalar aşağıdakı cədvəldə qeyd edilmişdir: