Biznes Proseslərin İdarəedilməsi

Ibrahim Ağazadə

Ibrahim Ağazadə

Business Intelligence və Data Analitikası

Qeydiyyat və ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın.

Təlim Haqqında

Biznes Proseslərin idarə edilməsi təlimi müəssisələrdə effektiv proses yanaşmasının tətbiqi, biznes proseslərin təkmilləşdirilməsi və effektivliyinin artırılması məqsədi ilə hazırlanmışdır. Təlim tamamlandıqdan sonra iştirakçılar işlədikləri sahə üzrə prosesləri analiz edərək, modelləşdirmək eyni zamanda təkmilləşdirmək bacarıqlarına yiyələnəcəklər. Bununla bərabər təlim zamanı Microsoft Visio və ya Modelio vasitəsi ilə modelləşdirmək və UI Path vasitəsi ilə proseslərin avtomatlaşdırılmasına giriş tədris ediləcəkdir.

Təlim Planı (12 saat)

  • Proses yanaşması və Biznes Proses anlayışı.
  • Biznes proseslər və onların idarə edilməsi nədir?
  • Prosees yanaşmasının mənşəyi və Tarixi inkişaf
  • Biznes proseslərin həyat tsikli.
  • Müəssisələrdə Biznes Proseslərin müəyyən edilməsi və qiymətləndirilməsi.
  • Biznes Proseslərin arxitekturasının qurulması
  • Biznes proseslərin sinifləndirilməsi.
  • Modelləşdirmə nədir və nə üçün əhəmiyyətlidir?
  • Biznes proseslərin modelləşdirilməsi yolları,
  • AS-IS / TO-BE modelləşdirməsi,
  • Biznes Sistemlərin 4 ölçülü modelləşdirilməsi (MMABP),
  • BPMN metodu ilə modelləşdirmə,
  • Biznes proseslərin sənədləşdirilməsi,
  • Microsoft Visio / Modelio proqramı ilə modelləşdirilmə,
  • Keyfiyyət Analizi Metodları,
  • Əlavə / Qazanılmış Dəyər analizi,
  • Kəmiyyət Analizi metodları,
  • Effektivlik göstəriciləri və onların təyin edilməsi,
  • Effektivlik sisteminin qurulması və ona nəzarət,
  • Biznes Proseslərdə nəzarət nöqtələrinin təyin edilməsi və ölçülməsi
  • Dörd ölçülü biznes proses təkmilləşdirməsi,
  • Biznes Proseslərin normallaşdırılması,
  • Təkmilləşdirmə elementləri,
  • Biznes Proseslərin Avtomatlaşdırılması,
  • Avtomatizasiya metodları,
  • “Robotic Process Automation”a giriş (UI Path)

Təlim yeri və zamanı

Təlim onlayn formada təşkil ediləcək. Təlimin başlama vaxtı qrup təşkil edildikdən sonra təyin edilir.

Ödəniş

250 AZN (qrup / korporativ təlimlər üçün bizimlə əlaqə saxlayın)